Tramp 13 milyon qaçqını deportasiya edir
Donald Trampın yeni açıqlaması ABŞ-da yaşayan 13 milyon miqranta şamil olunub.
ABŞ prezidenti Donald Tramp ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantların kütləvi deportasiya ediləcəyi ilə bağlı açıqlama verib. Donald Trampın yeni açıqlaması ABŞ-da yaşayan 13 milyon miqranta şamil olunub.
Ağ Evin sözçüsü Sean Spicer gündəlik mətbuat konfransında bildirib ki, miqrantlarla bağlı yeni qanun ABŞ-ın dövlət və sərhəd təhlükəsizliyi naminə tətbiq olunur.
Sayları 12-13 milyon olan miqrantlar arasında əvvəlcə cinayət törətmiş şəxslərin müəyyən olunaraq deportasiya ediləcəyini söyləyən Spicer, "Dövlət üçün təhlükəli sayılan insanlar təbii olaraq ilk növbədə ölkədən çıxarılacaq",-deyə bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər