• $
  • £

Tale Heydərov film çəkib

Tale Heydərov film çəkib
22.02.2017 16:16
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və "Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı şəraitində, ”Xocalıya ədalət !” beynəlxalq təbliğat kampaniyası çərçivəsində fevralın 25-dən 27 –dək "Qarabağ” kino günləri keçiriləcək.

"Qafqazinfo” xəbər verir ki, cədvələ daxil olan filmlərin ilki – "Gənc Səslər, Qədim Nəğmə” adlanır. Tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycana gəlir.

Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayət olunan səyahəti başlayır. Nəhayət, gərgin axtarışlar öz nəticəsini verir. Cefri vaxtilə onu heyran edən gənc muğam ifaçısını tapır, onun gözlənilməz həyat hekayəti ilə tanış olur. Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları ona yeni ruh gətirir. Aydın olur ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır. Qloballaşmaya rəğmən, gənc nəsil böyük mədəni irsi yaşadır. Rejissorluğunu Keti-Robin Qarton və Cefri Verbokun həyata keçirdiyi və Tale Heydərovun İcraçı prodüseri olduğu film fevarlın 25-də "Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

26 fevral tarixində isə "Hocalı Tanıkları” adlı filmin nümayişi baş tutacaq. Filmdə Xocalı faciəsinin şahidi olmuş 7 şəxs həmin dəhşətli gün ilə bağlı öz xatirələrini bölüşürlər. Film Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin ”106 film” şirkətinin birgə istehsalıdır.

Fevralın 27-də isə "Sonsuz Dəhliz” filmi nümayiş olunacaq. ABŞ və Litva kinematoqrafçılarının istehsalı olan mütəqil bu film Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçard Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas şəxslər ilə görüşlərində lentə alınmış xatirələrindən bəhs edir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Global Film Awards (USA, 2015), Milano International Filmmakers Festival (Italy, 2015)): Best Documentary Editing award, Tenerife International Film Festival (Madrid- Spain, 2015), Cape Town Film Festival (South Africa, 2015), Toronto International Film Festival (Canada, 2015) kimi nüfuzlu festivallarda mükafat almış, Əl-Cəzirə və CNN Turk kimi bir sıra beynəlxalq kanallarda nümayiş etdirilib.

Filmlərin dəqiq cədvəli ilə sabahdan etibarən www.parkcinema.az  saytında tanış ola bilərsiniz.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol