• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Prezidentdən içməli su ilə bağlı sərəncam

Prezidentdən içməli su ilə bağlı sərəncam
24.02.2017 20:39
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və 6143 ədəd su paylayıcı məntəqə tikilərək istifadəyə verilib.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alınır:

1. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində (siyahı əlavə olunur) modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on altı) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol