• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - FOTO

Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - FOTO
27.02.2017 12:56
Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.

"Qafqazinfo” xəbər verir ki, büst Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda qoyulmuşdu.

İlkin məlumata görə, bu addım "Azəravtoyol” ASC tərəfindən, yol təmiri ilə bağlı atılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin rəisi Zakir Sultanov bildirib ki, büst onlardan icazə alınmadan ərazidən götürülüb.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfl açıqlamasında büstün anbarda saxlanıldığını söyləyib:

"Prezidentin sərəncamına əsasən, "Təzə Pir” məscidi və Fizuli meydanına gedən yolda yenidənqurma işləri həyata keçiriləcək. O cümlədən, Statistika dairəsi adlanan ərazidə də bu işlərə start verilib. Həmin işlər görülən zaman Mikayıl Müşviqin büstünə ziyan dəyməsin deyə götürülüb, anbarda saxlanılır. İş bitdikdən sonra yenidən həmin əraziyə qaytarılacaq və həmçinin, ərazidə geniş park da salınacaq”.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Cəmiyyət 07:20
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Mədəniyyət 14:25
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Mədəniyyət 17:42
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol