• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Nərgiz Paşayevadan heykəlin sökülməsinə sərt REAKSİYA

Nərgiz Paşayevadan heykəlin sökülməsinə  sərt REAKSİYA
27.02.2017 21:51
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, "Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib.

Nərgiz  Paşayeva haqqin.az-a açıqlamasında bunları deyib: "Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.
N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən "Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

Xatırladaq ki, "Azəravtoyol” ASC heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən söküb. Nazir Əbülfəz Qarayevin bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nərgiz Paşayevadan heykəlin sökülməsinə  sərt REAKSİYA
Mədəniyyət 21:51
Nərgiz Paşayevadan heykəlin sökülməsinə sərt REAKSİYA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol