“YouTube”da video baxışları milyard saata çatıb
"YouTube” videohostinqinin istifadəçiləri gün ərzində milyard saatlıq onlayn videoya baxıblar.
ANN.Az xəbər verir ki, bu barədə şirkətin texniki məsələləri üzrə vitse-prezidenti Kristos Qudrou "YouTube”un rəsmi bloqunda bildirib.
"Çıxdığımız yolda mühüm mərhələyə çatmışıq – bütün dünyada istifadəçilər hər gün "YouTube”da milyard saat video izləyirlər!” – Qudrou bəyan edib.
"Əgər siz "YouTube”da milyard saat ərzində videoya baxmaq istəsəniz, bu, 100 min il çəkər”, - o əlavə edib.
"YouTube” internet-hostinq 2015-ci ildə "Alphabet” holdinqinə daxil olan "Google” korporasiyasına məxsusdur. Şirkət "Google Life Sciences”, "Calico”, "Sidewalk Labs”, "Nest”, "Google Ventures”, "Google Capital” və "Google X”-ə nəzarət etməyə başlayıb. "Google”un təsisçiləri Larri Peyc və Sergey Brin müvafiq olaraq "Alphabet” holdinqində baş direktor və prezident vəzifələrini tutublar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər