• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Mehriban Əliyeva seçicilərlə vidalaşdı - FOTOLAR

Mehriban Əliyeva seçicilərlə vidalaşdı -  FOTOLAR
01.03.2017 20:55
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub.
 
APA-nın məlumatına görə, birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbdə də yaradılan "Sağlam təhsil sinfi” ilə yaxından tanış oldu, aparılan tədris üsulları ilə maraqlanıb.
 
Məlumat verilib ki, burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib. Bu isə öz növbəsində həmin sinifdə təhsil alan uşaqların müxtəlif yarışlarda iştirakını təmin edir. Ümumilikdə "Sağlam təhsil sinifləri” ölkəmizin 135 məktəbində fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti "Sağlam təhsil sinfi”ndə təhsil alan uşaqlara uğurlar arzulayıb.
 
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu internat məktəbində Fondun təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra 2014-cü il sentyabrın 15-də müəssisənin açılışında iştirak edib. Yenidənqurma işlərindən sonra məktəb kompleksində 4 korpus, 3 açıq tipli idman stadionu, 1 qapalı idman zalı istifadəyə verilib. Üçmərtəbəli böyük tədris korpusu, ikimərtəbəli tədris-istirahət korpusu, ikimərtəbəli məişət korpusu və birmərtəbəli yardımçı korpus məktəblilərin təhsil və müalicəsinə xidmət edir.
 

İnternat məktəbi ilə tanışlıqdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Siyasət 14:31
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Cəmiyyət 19:01
"Xocalı Qarabağın sütunu idi, sütunun qırdılar" - 30 illik kədərin şahidi
Dünyanın hər yerindən Rusiyaya çağırış -
Siyasət 10:50
Dünyanın hər yerindən Rusiyaya çağırış - "Müharibəni dayandırın"
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Siyasət 17:06
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 17:47
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 04:48
"Məni tək qoymayan insan gözümün önündə can verdi" - Füzulidən reportaj
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Siyasət 16:07
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 11:44
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 21:29
"Əli Kərimlidən ayrılmağımın səbəbi onda avtoritar təfəkkürün güclü olmasıdır" - Razi Nurullayev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol