• $
  • £

Avtomobil körpüsü istifadəsinə verilib

Avtomobil körpüsü istifadəsinə verilib
29.05.2020 05:48
Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən və Tərtərçay üzərində yerləşən avtomobil körpüsü "Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yenidən tikilərək yerli sakinlərin istifadəsinə verilib.
 
ASC-dən "APA-Ecoomics”ə verilən məlumata görə, müasir tipli yeni körpünün istismara verilməsi münasibəti ilə keçirilən tədbirdə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.
 
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib: "Körpünün uzunluğu 35 metr, eni isə 4 metr idi. Körpü istismar müddətini başa vurduğu üçün xeyli müddətdir ki, qəzalı vəziyyətdə idi. Nəticədə illərdir ətraf kəndlərin sakinlərinin rayon mərkəzi ilə əlaqəsi xeyli çətinləşmişdi. Avtonəqliyyat vasitələri rayon mərkəzindən kəndə və geriyə hərəkət etmək üçün əlavə 20 km-də artıq məsafə qət etməli olurdular. Bütün bunlar nəzərə alınaraq "Azəravtoyol” ASC tərəfindən sözügedən körpünün əsaslı şəkildə bərpası işlərinə başlanıldı. Cəmiyyətin rəhbərliyinin birbaşa nəzarəti altında körpü qısa müddət ərzində yüksək keyfiyyətlə bərpa edilərək Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verildi”, - deyə məlumatda vurğulanıb. 
 
Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilib. Körpünün kənarlarına dəmir məhəccərlər quraşdırılıb. Görülmüş işlər nəticəsində körpünün yük götürmə qabiliyyəti 60 tona qədər artıb.
 
Bununla yanaşı, körpüyə gələn 1 km-dən artıq yanaşma yollarının asfaltlanması və körpü ətrafında sahil bərkitmə işləri aparılıb, həmçinin baraj bəndi də quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyur.    
      
Yeni körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq, rayon mərkəzi ilə kəndlərin avtonəqliyyat əlaqəsini yaxşılaşdırmaqla bərabər, həmçinin rayonun kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
 
Qeyd edək ki, yeni körpü 10 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol