• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycan diplomatı Dubayda Beynəlxalq Qadınlar günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib

Azərbaycan diplomatı Dubayda Beynəlxalq Qadınlar günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib
07.03.2017 16:45
Zayed Universitetinin Dubay kampında Beynəlxalq Qadınlar günü və Ərzaq Festivalı münasibətilə tədbir təşkil olunub.
 
Azərbaycanın Dubaydakı baş konsulluğundan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı baş konsulluğun nümayəndəsi təmsil edib.
 
Baş konsulluğun hazırladığı Azərbaycan stendində yer almış kitab və broşürlər, Azərbaycan istehsalı olan təbii şirələr, şirniyyatlar və meyvələr iştirakçıların böyük marağına səbəb olub. Diplomat tədbir iştirakçılarına Qadınlar bayramının Azərbaycanda da geniş qeyd olunması, Azərbaycan qadınlarının artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi barəsində geniş məlumat verib.
 
Baş konsulluğun rəsmisi müasir Azərbaycan xanımını öz xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan zərif inci adlandıraraq, qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcud olduğunu, qadınların ictimai-siyasi həyatdakı fəallığının ilbəil artdığını, Azərbaycan qadınının ölkəmizi bütün dünyada ləyaqətlə təmsil etdiyini fikirlərinə əlavə edib. Diplomat Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq etdiyini, Qərb dünyasının isə öz növbəsində Mehriban Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını gördüyünü xüsusilə vurğulayıb. O qeyd edib ki, qadın siyasəti haqqında tarixi qərarın qəbul edilməsində məqsəd cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsi, qadın problemlərinin həllinə nail olunmasıdır.
 
Diplomat XXI əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslərin, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoymasının Azərbaycan qadınlarından da böyük fəallıq tələb etdiyini, Azərbaycan əhalisinin təxminən 51%-ni təşkil edən qadınların fəallığı üçün ölkəmizdə hər cür şərait və imkan yaradıldığını, prezident İlham Əliyevin gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.
 
Tədbirin sonunda Zayed universitetinin vitse-prezidenti professor Riyad Əl Mehaideb tərəfindən fəal iştiraka görə baş konsulluğa təşəkkürnamə təqdim olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol