Putin SMS-ə görə azadlıqdan məhrum olunan qadını əfv edib
Rusiya prezidenti Vladimir Putin vətənə xəyanətdə ittiham olunan Soçi sakini Oksana Sevastidini əfv edib. 2008-cu ildə Suxumidən olan dostu ondan SMS-lə Soçidə tankların olub-olmadığını soruşub.
ANN.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Putin Oksana Sevastidinin azad edilməsi ilə bağlı fərman imzalayıb. Fərman 5 gün sonra qüvvəyə minəcək.
Keçən ilin dekabrında Putin işdən xəbərsiz olduğunu, amma bu işlə tanış olacağını bildirmişdi.
O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinib, 7 il azadlıqdan məhrum edilib.
Onun tanışının gürcü kəşfiyyatına işlədiyinə dair məlumat yayılmışdı. Bu əsasda ona qarşı dövlətə xəyanət və casusluq maddələri əsasında cinyət işi açılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox