• $
  • £

Dağlıq Qarabağ azərbaycanlı icmasının qadınları Ollanda müraciət ediblər

Dağlıq Qarabağ azərbaycanlı icmasının qadınları Ollanda müraciət ediblər
29.05.2020 08:52
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları adından bir qrup məcburi köçkün qadın (100 nəfər) Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar  Fransa prezidenti Fransua Oland, Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon və Fransa Senatının sədri Gerard Larçerə məktub ünvanlayıb.

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birlikdən Oxu.Az-a verilən məlumata görə, Fransua Olanda ünvanlanan məktubda deyilir:

"Siz 8 mart 2017-ci il tarixində beynəlxalq qadınlar günü bayramında xüsusi amansızlıqla azərbaycanlı qadınlarının qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı Parisdə qəbul edəcəksiniz.

Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan Prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, "Ermənistan-Azərbaycan Sülh Platforma”sının fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin”.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları  Fransa rəsmilərindən ədaləti dəstəkləməyi və beynəlxalq hüququn, tarixi ədalətin və  onların insan hüquqlarının öz tarixi və doğma torpaqları olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş ediblər.

"Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan Prezidentinə təzyiqlərini artıracaq”, - deyə müraciətdə qeyd olunub.

Müraciət Azərbaycan Respublikasının işğal edilmiş  Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından İcmanın bir qrup qadınları tərəfindən imzalanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol