• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Çin səfiri Vey Cinhua: "Azərbaycan investisiya baxımından cazibədar ölkədir"

Çin səfiri Vey Cinhua:
09.03.2017 16:53
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı  Fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və Çin, o cümlədən Caspian European Club (Caspian Business Club), Caspian American Club  və Caspian Energy İnternational Media Group ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.

Səfir Çinin Xəzəryani ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq",- deyə o vurğulayıb. Vey Cinhua eyni zamanda qeyd edib ki, "şirkətlərimiz arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil. Çin və Azərbaycan biznesmenləri qarşı tərəf  barədə az məlumat alırlar”. Bununla əlaqədar Səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryani dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib ki, bu da öz növbəsində əməkdaşlığı genişləndirməyə və daha çox birgə layihələr həyata keçirməyə imkan verəcək. "Çinin CNPC şirkəti  sizin yerli şirkətlərinizlə sıx əməkdaşlıq qurub. Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hal-hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət Azərbaycandakı SOCAR kimi patnyorları ilə
uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”, - deyə Səfir vurğulayıb.

"Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə o, çıxışına davam edib.

Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə "Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir", - deyə Səfir vurğulayıb.

Görüşün sonunda Səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişafı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının, həmçinin ticari-iqtisadi sa­hədə işgüzar əməkdaşlığın inkişafı məsələsindən bəhs edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol