• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO

Prezidentin şəhid ailəsinə verdiyi evdən ilk görüntülər - FOTO
11.03.2017 13:25
Müdafiə Nazirinin müavini Kərim Vəliyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə ölkə prezidenti tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası Salman Qurbanovla görüşüb, mənzildə aparılan təmir işlərinin gedişatı və ailənin qayğıları ilə maraqlanıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi İ.Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınıb.

Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib, həmçinin ölkə başçısı tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təhsil Tələbə Krediti Fondu işəgötürənlərlə əməkdaşlığı genişləndirir
Cəmiyyət 10:52
Təhsil Tələbə Krediti Fondu işəgötürənlərlə əməkdaşlığı genişləndirir
TTKF 1500-dən çox vətəndaşa xidmət göstərib
Cəmiyyət 10:44
TTKF 1500-dən çox vətəndaşa xidmət göstərib
Ağdama növbəti köç karvanı yola salınıb
Cəmiyyət 10:40
Ağdama növbəti köç karvanı yola salınıb
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:20
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Cəmiyyət 10:13
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Bakıda sursat aşkar edilib
Cəmiyyət 10:12
Bakıda sursat aşkar edilib


DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Cəmiyyət 09:35
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 00:21
Sabah bu ərazilərdə qaz olmayacaq
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Cəmiyyət 00:03
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol