• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Abbaszadə: "Bizə bu yolla təsir göstərə bilməzlər"

Abbaszadə:
13.03.2017 21:39
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" əsasında DİM-in maliyyələşdirilməsi üçün ona ianələrin verilməsinin bu qurumun fəaliyyətinin şəffaflığına kölgə sala bilib-bilməyəcəyinə, eyni zamanda, bundan istifadə edilərək DİM-ə qarşı təqziqlərin edilə bilməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, DİM-in yanvarın 18-dən fəaliyyətə başladığını xatırladan M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, indiyədək DİM-ə ianələrin verilməsi ilə bağlı təklif daxil olmayıb: "Bəlkə də hansısa təşkilatlar bizim üçün nə isə etmək istəyirlər. Amma hələ müraciətlər olmayıb. Biz özümüz də təşəbbüs göstərərək bu istiqamətdə, yəqin ki, hansısa addımlar atacağıq. Ancaq belə addımlar atılmamışdan əvvəl biz onları mütləq Direktorlar Şurasının iclasında müzakirə edəcəyik".

M.Abbaszadə əlavə edib ki, DİM-in indiyədək olan şəffaflığı bundan sonra da davam etdiriləcək: "Bizə bu yolla, yəni ianələrin verilməsi yolu ilə heç kimin təsir göstərmək imkanı olmayacaq. Hər şey yenə də açıq, şəffaf olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ilin 11 aprelində "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"ni təsdiqləyib.

Bu nizamnaməyə əsasən, DİM publik hüquqi şəxsdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər, mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər.

DİM eyni zamanda qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına da maliyyələşə bilər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır
Cəmiyyət 11:01
Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır
Tələbə krediti alanların böyük faizi qadınlardır
Cəmiyyət 10:59
Tələbə krediti alanların böyük faizi qadınlardır
Təhsil Tələbə Krediti Fondu işəgötürənlərlə əməkdaşlığı genişləndirir
Cəmiyyət 10:52
Təhsil Tələbə Krediti Fondu işəgötürənlərlə əməkdaşlığı genişləndirir
TTKF 1500-dən çox vətəndaşa xidmət göstərib
Cəmiyyət 10:44
TTKF 1500-dən çox vətəndaşa xidmət göstərib
Ağdama növbəti köç karvanı yola salınıb
Cəmiyyət 10:40
Ağdama növbəti köç karvanı yola salınıb
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:20
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Cəmiyyət 10:13
Bu gündən "BakuBus"ın bütün avtobuslarında NFC sistemi tətbiq edilir
Bakıda sursat aşkar edilib
Cəmiyyət 10:12
Bakıda sursat aşkar edilib


DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Cəmiyyət 09:35
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol