Bilgəh Kardoloji Sanatoriyasında mühafizəçi bıçaqlanıb
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
REPORT.AZ/ Bilgəh Kardoloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bilgəh Kardoloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar.
Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyyəsinə ümümilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox