• $
  • £

Bakıda “Plov festivalı” keçirilib

Bakıda “Plov festivalı” keçirilib
15.03.2017 20:00
Azərbaycan paytaxtında "Plov festivalı” keçirilib.

ANN.Az-ın APA-ya istinadla məlumatına görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, turizm şirkətlərinin təmsilçiləri və başqaları iştirak ediblər. 

Nazir bildirib ki, təkcə Bakıda yox, regionlarda da müxtəlif tədbirlər və festivallar keçirilir: 

"Azərbaycanda turizmin inkişafında ən vacib sahə bizim mətbəximizdir. Ona görə bu festivalda hər region özünün dəyərli töhfələrini nümayiş etdirir. Bu cür festivalların təşkil olunması eyni zamanda ənənələrin gənclər arasında təbliğ olunmasına, qorunub-saxlanılmasına təkan verir.

Bizim mətbəx mədəniyyətimiz böyük tarixə malikdir. Bu gün turizmin inkişafı proqramları çərçivəsində Azərbaycan mətbəxi olduqca böyük rola malik olmalıdır. Bu festivallar eyni zamanda xarici qonaqlar üçün də maraqlı olur. "Plov festivalı”nın keçirilməsi təkcə mədəni tədbir deyil, eyni zamanda bizim mədəni zənginliyimizdən xəbər verir. Bu festival gələcəkdə daha geniş məkanlarda təşkil olunacaq”. 

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrində bişirilən plov nümunələri təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib. 

Festivalda "Şah plov”, "Döşəmə plov”, "Şüyüd plov”, "Fisincan plov”, "Boranı plov”, "Çığırtma plov” və başqa mətbəx nümunələri təqdim olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol