• $
  • £

"CinemaPlus" "Park Cinema" kinoteatrlar şəbəkəsi ilə heç bir münaqişəsinin olmadığını təsdiqləyib

06.04.2017 10:49
Zaur Darabzadə: CinemaPlus yerli dublyajın inkişafına sərmayə qoyan yeganə kinoteatrlar şəbəkəsidir.

"CinemaPlus" və "Park Cinema" kinoteatrlar şəbəkələrinin nəyisə bölüşdürə bilməməsi və aralarında münaqişə olmaları barədə şayiələr həqiqətə uyğun deyil."

Bu barədə  "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib.

Onun sözlərinə görə, deyilənlərin əksinə, "CinemaPlus" bütün kinoteatrlarla fəal əməkdaşlıq edir, onların rəhbərləri ilə sıx əlaqədədir və ara-sıra onlarla rəqabət aparan kinoteatrların rəhbərlərini qapalı gecələrə və təqdimat mərasimlərinə dəvət edir.

"Bəzi filmlərin bir şəbəkədə göstərilib, digərində göstərilməməsi hər kinoteatrın bir neçə ay əvvəldən hazırlanan öz repertuar planlaşdırması ilə əlaqədardır. Bəzi yerli kino istehsalçıları filmi ekrana buraxmazdan əvvəl kinoteatrlarla məsləhətləşmir. Buna görə də repertuar planlaşdırmasında artıqlıq yaranır. Bu baxımdan bu və ya digər filmin repertuarda yer almaması olduqca normal haldır", - baş direktor bildirib.

O, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin hər zaman yerli kinematoqrafiyanı dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib: "Bunu sadəcə, kinoteatrın rəsmi saytında baxmaqla görmək olar. Orada çox sayda Azərbaycan filminin yaratdığı rəngarənglik asanlıqla hiss edilir. Bunun bir sıra səbəbləri və sübutu var. "Əli və Nino" filminin yalnız "CinemaPus" kinoteatrlar şəbəkəsində nümayiş olunduğunu qeyd etmək olar. Digər kinoteatrlar isə bu filmi nümayiş etdirməyin maliyyə cəhətdən faydalı olmayacağını hesab etdi.

Son uğurlu yerli layihələr olan, "Bayram axşamı” və "Stalin Başı” filmləri distribyutor şirkəti tərəfindən alınıb və "CinemaPlus” tərəfindən təqdim olunan daha sərfəli kommersiya şərtləri nəticəsində onlara nümayiş hüququ verib.

"CinemaPlus” yeganə kinoteatr şəbəkəsidir ki, yerli dublyajın inkişafına investisiya edir və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Digər kinoteatrlar belə layihələri mənfəətli hesab etmirlər, bu kontenti qəbul etmirlər. Baxmayaraq ki, dublyaj "Cinemazadeh” studiyasında peşəkarlar tərəfindən edilir. Bizim üçün çox vacibdir ki, azərbaycanlı tamaşaçılar sevdikləri xarici filmləri doğma dillərində baxsınlar". 

Zaur Darabzadə "CinemaPlus"un yerli dublyajın inkişafına sərmayə qoyan yeganə kinoteatrlar şəbəkəsi olduğunu və hər gün belə filmlərə bir neçə saat vaxt ayrıldığını vurğulayıb: "Digər kinoteatrlar belə layihələri sərfəli hesab etmədiyindən bu kontentləri qəbul etmirlər. Hərçənd dublyaj peşəkarlar tərəfindən, "Cinemazadeh" studiyasında edilir. Bizim üçün Azərbaycan tamaşaçısına sevimli filmi öz doğma dilində izləmək imkanı yaratmaq çox vacibdir".

O, "CinemaPlus"un Bakıdan kənarda, Gəncə şəhərində müasir, 5 zallı kinoteatr açan ilk şəbəkə olduğunu xatırladıb: "Bu layihə təkcə paytaxtda yox, həm də Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına böyük təkan verəcək."

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol