• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Müsəlman qızın hicabını çıxardılar

Müsəlman qızın hicabını çıxardılar
15.04.2017 16:20
Mənə dedilər ki, başımdakı hicabı çıxarmasam, Londona uçan təyyarəyə minə bilməyəcəyəm. Halbuki, yanımda başları yaylıqla bağlı xristian rahibələr vardı və onlar heç bir problem olmadan təyyarəyə mindilər.
 
 
 
Britaniya vətəndaşı, müsəlman Aqniya Adzkiyanın dediyinə görə, İtaliyanın paytaxtı Romadakı Çampion aeroportunda təhqir olunub.

İndoneziya vətəndaşı olan A.Adzkiya Londonda yaşayır və Qoldsmit Universitetində təhsil alır.

O, Romadan Londona qayıdarkən Çampino aeroportunda saxlanılıb.

Aeroportun əməkdaşı olan qadın Aqniyaya "hicabınızı açın, yoxsa sizi buraxmayacağam" deyib.

Müsəlman qız bu absurd tələbin səbəbini soruşanda "Siz təhlükəsiz insan təsiri bağışlamırsınız" deyib: "Hicabın altında, saçlarınızda nə isə gizlədə bilərsiniz. Hicabı açmasanız, bunun belə olmadığına əmin ola bilmərik. Gəlin yan otağa, sizi yoxlamalıyıq".

Aqniya etiraz edəndə isə aeroportun mühafizə xidmətinin əməkdaşları zor tətbiq edərək onu başındakı hicabı açmağa vadar ediblər. Bu zaman aeroportun əməkdaşı olan bir kişi qışqırıb, "Kəs səsini və get!" deyərək Aqniyanı itələyib.

"Mən etiraz etmək niyyətində deyildim. Sadəcə, onlardan xahiş etdim ki, hicabımı çıxarmağımı və saçlarımda nəyinsə olub-olmadığımı yoxlamağa icazə verməyimi şərtləndirən sənəd, qanun, göstərişi nümayiş etdirsinlər. Bu, insan hüquqları, insan ləyaqəti məsələsidir. Axı onların nə haqqı vardı ki, hicabımı zorla çıxardılar. Onlar davranışları ilə göstərdilər ki, hicablı müsəlman qadına sayğı bəsləmirlər", - Aqniya Andzkiya Facebook səhifəsində yazıb.

A.Adzkiya daha sonra Romadakı Leonardo da Vinçi-Fyumiçino aeroportuna yollanıb, oradan Londona uçan təyyəyə minib.  Burada da ondan başındakı hicabı açmaq tələb olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcək
Dünya 23:58
Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcək
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Dünya 22:30
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
Dünya 22:08
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Dünya 22:01
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
Dünya 21:22
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
ABŞ viza rüsumlarını artırıb
Dünya 20:49
ABŞ viza rüsumlarını artırıb
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol