• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

“Eurovision 2017”-nin qalibi Portuqaliya olub

“Eurovision 2017”-nin qalibi  Portuqaliya  olub
14.05.2017 09:18
Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
 
"Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında  Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.  Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
 
Qeyd edək ki, İtaliya və Portuqaliya Azərbaycana 12 xal verib. Gürcüstan və Yunanıstan Azərbaycana 10 xal, San-Marino, Moldova, Bolqarıstan  5 xal, Ukrayna 6 xal, Macarıstan və Belçika 4 xal, Albaniya 2 xal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 xal verilib.
 
Tamaşaçı səsverməsi  Azərbaycana 42 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqədə 120 xal toplayıb.
 
Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.
 
Portuqaliya 758, Bolqarıstan 615 və Moldova 374  xalla "Eurovision 2017” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.  
 
Qeyd edək ki, Ukraynada keçirilən 62-ci "Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. "Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva  səhnəyə 12-ci çıxaraq "Skeletons” mahnısını səsləndirib. 
 
Beləliklə, "Eruovision 2018” yarışması  Portuqaliyada baş tutacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Cəmiyyət 07:20
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Mədəniyyət 14:25
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Mədəniyyət 17:42
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol