• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Mehriban Əliyeva: "Azərbaycan növbəti tarixi qələbəyə imza atdı"

Mehriban Əliyeva:
22.05.2017 22:10
"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Bu Oyunların Azərbaycanda keçirilməsi İslam aləminin Azərbaycan hörmətinin təzahürüdür".
 
APA-nın məlumatına görə, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında birinci vitse-prezident və "Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva söyləyib.
 
M. Əliyeva deyib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha göstərdi : "Azərbaycan göstərdi ki, böyük idman dövlətidir. Azərbaycan komanda hesabında birinci yeri qazandı. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir. Gəlin bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun".
 
Birinci vitse-prezident bildirib ki, Azərbaycan 10 gün ərzində İslam ölkələrinin idmançılarını bir araya gətirdi: "Ümidvaram ki, Bakıdan əziz xatirələrlə ayrılacaqsınız. Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi. Mən könüllülərə təşəkkür edirəm. Siz bu oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər bu Oyunun döyünən ürəyi idisə, siz geniş qəlbi idiniz. Mən idmançılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirirəm. Növbəti Oyunlar 2021-ci ildə İstanbulda keçiriləcək".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
İdman 10:15
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
İdman 01:16
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
Çempionlar Liqası:
İdman 23:59
Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" matçı - CANLI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol