• $
  • £

Rusiya kəşfiyyatı hərəkətə keçdi

Rusiya kəşfiyyatı hərəkətə keçdi
29.05.2020 04:56
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, xüsusi təyinatlılar "Krım-2” neft-qazma qurğusu və "Fyodor Uryupin” yedək gəmisini tutmuş xarici hərbçilərin zərərsizləşdirilməsi üzrə hərəkətləri yerinə yetirməlidir.

Təlimlərin ssenarisinə əsasən, FTX-nin əməkdaşları həmçinin 150 girovu azad etməlidir. Təlimlərə döyüş üzgüçüləri qrupları, xüsusi desant katerləri və paraşütçülər cəlb edilib.

Mayın 29-da qədər davam edəcək təlimlər Ukrayna sərhədinə yaxınlıqda, Rusiya ərazi sularında keçiriləcək. Təlimlərdə təxminən iki min nəfər iştirak edəcək.

Mart ayında Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, Qara dənizdə olan ABŞ hərbi gəmiləri Rusiya üçün potensial təhdiddir. Qeyd edilib ki, gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil.

"Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədinə hərbi texnika və şəxsi heyət cəmləyən ABŞ son olaraq Rumıniyanın Qara dəniz sahilində Köstence limanındakı "Mixail Koqalniceanu" hərbi hava bazasında əsgərlərin sayını artırıb, çoxlu sayda tank göndərib.

ABŞ-a cavab verəcəklərini elan edən Rusiya prezidenti Vladimir Putin isə Rusiya ilə quru sərhədi olmayan və Avropanın mərkəzində yerləşən Kalininqrad vilayətində S-300 zenit-raket sistemləri və "İsgəndər” raketlərini yerləşdirib. Rusiya həmçinin Polşa sərhədində da qoşun yerləşdirib.

Son olaraq mart ayında Qara dənizdə NATO üzvü olan 4 ölkə Ukrayna ilə birgə hərbi təlimlər keçirib.

Fevral ayında isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dənizdə tez-tez NATO-nun raketlərlə silahlanan gəmilərin meydana çıxdığını deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol