• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Caspian European Club-un tədbirlər planında dəyişiklik

Caspian European Club-un tədbirlər planında dəyişiklik
26.05.2017 15:32
«7 iyun 2017-ci il tarixinə planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb.Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin ol­masıdır", - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktori Telman Əliyev bildirib.

«Rəhbərlik adından mən Caspian European Club və Caspian American Club-un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm», - deyə o bildirib.

Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın deleqatın, o cümlədən Xəzər-Qara dəniz regionu və Aİ ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılmişdır.

«Biz maraqlanan bütün şirkətləri 14 iyun 2017-ci ildə Caspian European Club və Caspian American Club çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik», - deyə Klub sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

Caspian European Club və Caspian American Club ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə tək­liflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol