• $
  • £

SOCAR-ın Təlim Mərkəzinə sənəd qəbulu başlayıb

SOCAR-ın Təlim Mərkəzinə sənəd qəbulu başlayıb
27.05.2017 14:40
Müraciətlər iyunun 5-dək qəbul ediləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə sənəd qəbulu başlayıb.

"REPORT” SOCAR-a istinadən xəbər verir ki, sənəd qəbulu 2017-2018-ci tədris ili üçün aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika, qazla kəsən, I-II dərəcə iş qrupu üzrə IV dərəcəli dalğıc peşələri üzrə elan edilib.

Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin "Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 5-dək qəbul ediləcək. 

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol