• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Ronaldodan AFFA-nın baş katibinə vicdan dərsi

Ronaldodan AFFA-nın baş katibinə vicdan dərsi
22.06.2017 12:42
Kriştiano Ronaldo… O, ötən gecə bir daha sevənlərinin könlünü fəth etməyə nail oldu.

Söhbət təkcə onun Konfederasiyalar Kuboku çərçivəsində Rusiya ilə keçirilən oyunda rəqib qapısına vurduğu qələbə qolundan getmir. Portuqaliya millisinin üzvü matça fiziki məhdudiyyətli qızla çıxaraq, milyonların alqışını qazandı.

Anews.az yenicag.az-a istinadən xəbər verir ki, balaca qızcığaz həmin anla bağlı təəssüratlarını bölüşüb. Videoya baxarkən onun nə qədər bəxtəvər olduğu gözlərinin parıltısından hiss edilir. Bu, əlil arabasına məhkum olan birinin xoşbəxtliyin zirvəsinə yüksəlməsi idi. Yəqin ki, rusiyalı uşaq bu anı ömrünün sonuna qədər unutmayacaq.

Ronaldo bu addımı ilə AFFA rəhbərliyinə də vicdan dərsi keçmiş oldu. Ulduz futbolçunun jestini görər-görməz millimizin Almaniya ilə Bakıdakı oyununun əvvəlini xatırladım. Ölkədə xoşbəxt anlara həsrət qalan neçə-neçə fiziki məhdudiyyətli uşaqlar, şəhid balaları ola-ola, futbolçular meydana məmur övladlarının uşaqları ilə çıxmışdı. Onlardan biri də AFFA-nın baş katibi Elxan Məmmədovun yağ-bal içində böyüyən oğlu idi.

Halbuki, həmin vaxt daha fərqli, daha vicdanlı addım atmağa gərək vardı. Məsələn, neft platformalarında baş verən qəzalar zamanı Xəzərdə itkin düşən neftçilərin övladlarını bir neçə dəqiqəlik də olsa, sevindirmək olardı. Unutmaq lazım deyildi, cənab Məmmədov! Unutmaq lazım deyildi ki, sən maaşı o körpələrin itkin düşən atalarının dənizin dibindən çıxartdığı neftin hesabına alırsan. Unutmaq lazım deyildi ki, ümumilikdə AFFA-nın da, Azərbaycan futbolunun da sponsoru SOCAR-dır!

Və yaxud da Aprel döyüşlərində vətən üçün canından keçən igidlərimizin balalarını ön plana çıxartmaq lazım idi. Bizi bağışlayın, şəhid balaları. Təəssüf ki, sizin yerləriniz Elxan Məmmədov kimiləri tərəfindən əvvəlcədən bron edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Siyasət 15:12
Prezident onları mükafatlandırdı - SƏRƏNCAM
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Siyasət 11:31
Nazir: İdmançılarımız mediaya qapalı şəkildə hoteldə saxlanılır
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
Siyasət 10:28
Azarkeşlər hökuməti istefaya səslədi, Baxçalı üzvlükdən imtina etdi - Video
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Siyasət 14:39
UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətini rədd edib
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Siyasət 14:36
Bu mərasimdə Azərbaycanı Əli Əhmədov təmsil edəcək
Prezident
Siyasət 14:32
Prezident "QARABAĞ" komandası ilə bağlı sərəncam verdi
Prezident
Siyasət 14:28
Prezident "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib - YENİLƏNİB
Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO
Siyasət 11:40
Erməni futbolçular Xocavənddə Azərbaycan bayrağını tapdalayıb keçir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol