• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

ƏƏSMN-in elektron xidmətlərinə 5,2 milyon müraciət daxil olub

ƏƏSMN-in elektron xidmətlərinə 5,2 milyon müraciət daxil olub
05.07.2017 18:40
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması həmin sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizmlərinin formalaşmasına səbəb olmaqla, vətəndaşlara aidiyyəti dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəraitdə faydalanmağa imkan verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir ki, bu e-xidmətlərə cari ilin iyun ayında ötən ilin müvafiq dövrünə (470 204 müraciət) nisbətən 30,3 faiz çox olmaqla 612 718 müraciət qeydə alınıb. Bu isə ötən ay "Elektron hökumət” portalına edilən müraciətlərin (2 229 065 müraciət) 27, 5 faizini təşkil edir.

Nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "İş yerinə dair arayış”, "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, "Sığortaolunanlara məlumatların verilməsi”, "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və digər e-xidmətləri daha çox müraciət olunan e-xidmətlər sırasındadırlar. Həmçinin uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə və uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaedənin uçot nömrəsinin öyrənilməsi, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təqdim edilməsi və müvafiq əhali təbəqələri üçün əlçatanlığının təmin olunması həmin e-xidmətlərin vətəndaşların daim maraq dairəsində olmasını şərtləndirir.

Ümumilikdə cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 190 min 229 müraciət qeydə alınıb. Hazırda nazirlik tərəfindən aidiyyəti sahələr üzrə elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 11:24
Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Cəmiyyət 08:45
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Cəmiyyət 23:01
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Cəmiyyət 22:27
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol