• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bazarstore-da fırıldaq - FOTO

Bazarstore-da fırıldaq -  FOTO
11.07.2017 10:15
"Azərsun” Holdinqin tərkibinə daxil olan "Bazarstore” supermarketlər şəbəkəsindən şikayət var. 

AFN-ə müraciət edən iş adamlarından biri bildirir ki, "Bazarstore”un "ParkBulvar”da yerləşən mağazasından alver edib. Adının müəyyən səbəblərdən açıqlanmasını istəməyən şikayətçinin sözlərinə görə, olay elə bundan sonra baş verib: "Təsadüfən çekə baxanda gördüm ki, eyni ştrix kodla olan malın pulunu 1 ədəd almağıma baxmayaraq, iki dəfə vurublar. Yəni, bir malın – "Gillette Fusion Cart” – 24,65 qəpiklik qiymətini iki dəfə vurublar qəbzə. Təzədən marketə qayıtdım və administratoru çağırıb izahat tələb etdim. Tutarlı əsasları olmadı və fərqli bəhanələr gətirdilər. Daha sonra "dosta zəng” elədilər.
 
Həmin adamla türkcə danışdıq, məni çaya-filana dəvət etmək istədi. Dedim, qardaş, sağ ol,dəvət üçün, amma mən sizi bir halda bağışlayaram ki, kimsəsiz uşaq evlərindən birinə 1000 manatlıq bazarlıq aparasız mənim iştirakımla, əks halda, bu faktı ictimailəşdirəcəm. Əvvəlcə razılaşdı, dedi ki, uşaq evinə "bir-iki şey” apara bilərik, dedim yox, 1000 manatlıq bazarlıq aparırsızsa gedək, razılaşmadılar. Dedilər get hüquqi müstəvidə apar mübarizəni”. 
 


Şikayətçi deyir ki, mağaza funksionerləri əvvəlcə problemi etiraf edib texniki səbəblərdən qaynaqlandığını etiraf etsələr də, sonradan bunun satıcının səhvi olduğunu deyiblər: "Dedilər satıcının səhvi ucbatından belə olub, gəl pulunu qaytaraq, mən də götürmədim, dedim aidiyyatı qurumlara müraciət edəcəm ki, bir daha belə soyğunçuluğa yol verməyəsiz. Bu məsələni ictimailəşdirməkdə məqsədim odur ki, imkansız adamlar belə hallarla üzləşməsinlər. Həmçinin aidiyyatı qurumlar hərəkətə keçsinlər və bu cür fırıldaqların qarşısını alsınlar, belə hərəkətlər hüquqi qiymətini alsın”. Həmsöhbətimiz onu da bildirdi ki, məhkəməyə müraciət edib təzminat davası açacaq: "Əgər iddiam təmin edilsə aldığım təzminatı uşaq evlərindən birinə bağışlayacam. Adımın açıqlanmasını da ona görə istəmirəm ki, deməsinlər özünü reklam edir".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə çalışacağıq.
 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol