• $
  • £

Ermənistana qarşı Putin-Əliyev anlaşması

Ermənistana qarşı Putin-Əliyev anlaşması
29.05.2020 09:34
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü iki ölkə arasında son aylarda mövcud olan bir sıra problemlər baxımından vacib idi.
İstiPress-ə müsahibəsində bu barədə azərbaycanlı politoloq Tofiq  Abbasov iyulun 21-də Rusiyanın Soçi şəhərində keçirilmiş görüşü şərh edərkən bildirib.

"Təbii ki, Rusiya və Azərbaycan arasında olan problemlər strateji yox, cari xarakterlidir. Əksinə, Ermənistanla Rusiya arasında  strateji xarakterli probemlər yaranır və dərinləşməkdədir. Ermənistanda Qərbin təsiri artır və son bir neçə ildə 40 faizə qədər yüksəlib. İrəvanda Qərbin xeyrinə fəaliyyət göstərən 700-dən çox siyasətçi, ekspert, QHT təmsilçisi və s. var”,- deyə Tofiq Abbasov vurğulayıb.

Tofiq Abbasov  bu cür addımların Rusiya hakimiyyətindəki erməni lobbisinin oyunları olduğunu vurğulayıb: "Təbii ki, Lavrov və ona yaxın erməni lobbisi təmsilçiləri mütəmadi olaraq Azərbaycana qarşı bu cür qara piar kampaniyası gerçəkləşdirirlər. Heç kim deyə bilməz ki, Lavrov qeyri-peşəkar siyasətçidir, yəni Azərbaycanı qaralama prosesini planlı şəkildə aparır.  Bu, özünü o qədər qabarıq göstərir ki, mən hətta bir qədər əvvəl çıxış edərək Qarabağ münaqişəsinin həllində Rusiyanın moderatorluğunun ləğv edilməsinə çağırmışdım". Görüş qabağı Azərbaycanla Rusiya arasında bir çox problemlərin olması vurğulanırdı. Məsələn, İrəvan öz ərazisindəki Rusiya hərbi bazasını, daha doğrusu, Ermənistan - Rusiya birgə qoşunlarını və onun nəzarətində olan "İsgəndər" raketlərini Azərbaycana qarşı çəkinmədən istifadə edəcəyini iddia edirdi. Həmçinin, iyulun 4-də Fizulinin Alxanlı kəndinin Ermənistan ordusu tərəfindən qumbaraatan atəşinə tutulmasından sonra 2 yahlı Zəhranın ölümü məsələsi dünyanı sarsıdan zaman Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda erməni əsilli Rusiya  vətəndaşlarının incidilməsi barədə məlumat yaydı, məqsəd Ermənistanın işğalçılıq faktının gizlədilməsi idi.

Lakin Tofiq Abbasovun fikrincə, Rusiya rəhbərliyində Azərbaycana qarşı daha obyektiv davranan dairələr də var:

"Götürək, Azərbaycan müdafiə naziri Zakir Həsənovun Rusiyanın aparıcı xəbər agentliyi "RİA Novosti"dəki çıxışını. Rusiyanın təqdimatında Azərbaycanın naziri erməniləri başa saldı ki, 2016-cı ilin aprel  Kreml müdaxilə etməsəydi Azərbaycan qoşunları üç gün ərzində nəinki Dağlıq Qarabağı işğaldan azad edə bilərdi, hətta bütün Ermənistanı nəzarətə götürə bilərdi. Görünür, artıq Rusiya hakimiyətində başa düşürlər ki, Azərbaycan Rusiya üçün Ermənistanla müqayisədə qat-qat etibarlı və əlverişli tərəfdaşdır".

Putin və Əliyev görüşünün Soçidə səmimi şəraitdə keçməsi bu məyusluğu daha da artırıb.  Bəzi erməni şərhçilər hətta Putindən soruşurlar  ki, niyə o, İlham Əliyevdən tələb etməyib ki, "İsgəndər" raketlərini vuran sistemi hardan aldığının yerini desin? Amma istənilən halda, erməni şərhçilərinin belə məntiqsiz suallar verməsi anlaşılandır. Hər halda, aprel döyüşlərindən sonra çeynədikləri "İsgəndər" saqqızı murdarlanıb.Erməni mətbuatını izlədikdə politoloqun qabartdığı bu məsələ açıq-aydın görünür. Əvvəllər erməni əsərinin aprel döyüşlərində göstərdiyi "şücaətdən" basıb-bağlayan erməni şərhçilər indi  Rusiyanın Azərbaycanı niyə cəzalandırmaması, niyə Azərbaycanın silahlanmasına göz yumması barədə məyus şərhlər yazmağa başlayıblar. 

Çingiz Rüstəmov
 İstiPress 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol