• $
  • £

"Made in Azerbaijan" brendi tanıdılır - FOTOLAR

01.08.2017 23:28
"Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqi məqsədilə 28-30 iyul tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilmiş "Wine Fest Burgas 2017” şərab festivalında ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan istehsalı olan şərabların təqdimatı və dequstasiyası təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də "Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, "Gəncə Şərab-2” şirkətinin istehsalı olan "Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan "Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. 30 şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan "mədrəsə”dən hazırlanmış "İvanovka bağları.1954.Mədrəsə” və "İvanovka bağları.1954.Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.

Şərab festivalı ilə bərabər, eyni məkanda açıq havada "Xalça Yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Xalçaçılıq üzrə Azərbaycanın əsasən, Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu tədbir ziyarətçilərin diqqətinə çatdırılıb. Festivalda Azərbaycan ilə yanaşı, Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

Qeyd olunmalıdır ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Azərbaycan xalçaları Burqas şəhərindən əlavə, cari ilin 23-25 iyun tarixlərində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş "Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyul tarixlərində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş "Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol