• $ 1.7
  • € 2.0154
  • ₽ 0.02043
  • ₺ 0.0412
  • £ 2.3192

Evlərə və ofislərə telefon xətti çəkdirmək asanlaşdı

Evlərə və ofislərə telefon xətti çəkdirmək asanlaşdı
03.08.2017 23:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) "Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz. 

anews.az nazirliyə istinadən xəbər verir ki, sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar "Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir. 

Qeyd edək ki, indiyədək "Elektron hökumət” portalı üzərindən "Yeni telefon çəkilişi” xidmətinə 13.637 dəfə müraciət olunub.

Xidmətdən istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir.

• Evin qeydiyyat şəhadətnaməsi (kupça)
• Sərəncam
• Order
• Müqavilə

Eyni zamanda, "Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin xidmətə olan müraciətlərin sayı 8.765-ə çatıb. 

Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.

• Doğum haqqında şəhadətnamə
• Ölüm haqqında şəhadətnamə
• Nikah haqqında şəhadətnamə
• Yaşayış yeri haqqında arayış

Yeni istifadəçi üçün isə "Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.

Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonu ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin və "Növbəti” düyməsini seçin. 

Qeyd edək ki, istər "Yeni telefon çəkilişi”, istərsə də "Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynalxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirə bilərsiniz.

Bundan başqa, NRYTN-nin "Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə "Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), "Telefonun servislərə qoşulması” (müraciət sayı 12.129), "Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16.439), "Telefon nömrəsi üzrə axtarış” (müraciət sayı 2.720.797) və s. kimi xidmətlərdən yararlana bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Cəmiyyət 20:28
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:12
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Cəmiyyət 18:53
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:19
Sabah bu ərazidə qaz olmayacaq
Külək və yağışla bağlı- Xəbərdarlıq
Cəmiyyət 17:39
Külək və yağışla bağlı- Xəbərdarlıq
Tədris ili üzrə peşə təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Cəmiyyət 17:28
Tədris ili üzrə peşə təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
Cəmiyyət 15:51
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Cəmiyyət 15:47
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
Cəmiyyət 15:45
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol