ABŞ-ın məşhur aktrisası vəfat etdi

ABŞ-lı aktrisa və müğənni Barbara Kuk 89 yaşında dünyasını dəyişib.
anews.az xəbər verir ki, bu barədə "New York Post”a onun oğlu Adam Leqrant məlumat verib.
O bildirib ki, anasının ölümünə səbəb tənəffüs dayanması olub.
Barbara Kuk 1950-ci illərdə populyarlıq qazanmağa başlayıb. O, aktrisa və müğənnilik karyerası boyunca "Toni” və "Qremmi” mükafatlarını qazanıb.
www.anews.az
Son xəbərlər
Daha çox 