• $
  • £

Azərbaycanda erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlanmışdır: - VİDEO

Azərbaycanda erməni ordusunda tüğyan edən özbaşınalıqdan bəhs edən animasiya hazırlanmışdır: - VİDEO
29.05.2020 09:29
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə "Özgə saatı” adlı animasiya çarxı hazırlanmışdır.

Müəlliflər qeyd etmişlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin mütəmadi olaraq yaratdıqları təxribatlar, erməni ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz oğlanlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin Ermənistandan miqrasiya etmələri əks olunmuşdur.

Çarxda erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət zamanı götürməsi və bu qarətin onu xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi nümayiş etdirilir.

Eyni zamanda çarxda zəbt edilmiş ərazilərdə yerləşən bir sıra Azərbaycana məxsus tarixi abidələrin 3D qrafikalı animasiyaları hazırlanmışdır. 3D animasiyada həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılmışdır.

Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi "Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanmışdır. "Addım” Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir.
 



















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol