• $
  • £

Qazaxıstan prezidenti: “Latın qrafikasına keçmək rus və kiril əlifbasından imtina demək deyil”

Qazaxıstan prezidenti: “Latın qrafikasına keçmək rus və kiril əlifbasından imtina demək deyil”
29.05.2020 11:11
Nursultan Nazarbayev: "Biz müzakirə edib təqdim olunan variantlardan birinin seçəcəyik”

"Latın qrafikasına keçmək rus və kiril əlifbadan imtina demək deyil”.

"Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Xabar” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, latın əlifbası ilk növbədə qazax dilinə aiddir: "Rus dilində çıxan bütün nəşrlər öz fəaliyyətini kiril əlifbası ilə davam etdirəcək. Bu öz-özlüyündə ciddi məsələdir. Əlifaba ilə bağlı böyük hazırlıq işləri görülür. Bir neçə variant var. Tezliklə onlara baxacağam. Tərcüməçilər və alimlərlə görüşəcəyəm. Biz müzakirə edib təqdim olunan variantlardan birinin seçəcəyik”.

Qeyd edək ki, bu ilin aprelində Qazaxıstan lideri bildirib: "2018-ci ildən ölkə məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır. 

Biz latın əlifbasına keçid dövrünə hazırlığa başlayırıq. Hökumət latın yazılı qazax dilinə keçmək üçün qrafik tərtib etməlidir. Alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası "Yanalif” və ya "Yeni türk əlifbası” adlanıb. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanıb. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildən müzakirə edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol