• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Lələtəpə döyüşçüsü birinci vitse-prezidentdən kömək istəyir

Lələtəpə döyüşçüsü birinci vitse-prezidentdən kömək istəyir
24.08.2017 01:15
Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu ağır xəstəliyinin müalicəsi üçün birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik.

"Hörmətli birinci vitse prezdent Mehriban xanım Əliyeva!

Mən Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirakçılardan biri olaraq sizə müraciət edərək xəstəliyimin müalicəsi üçün kömək etməyinizi xahiş edirəm.
Çox hörmətli birinci vitse prezident Mehriban xanım Əliyeva!

Bir müddət müalicə aldığım Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında məndən götürülən qan analizində linfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildim. Bədənimin ağ ciyər orqanı yaxınlığında yerləşən linfada xərçəng xəstəliyinin mövcud olması Milli Onkologiya Mərkəzində təsdiqini tapdı və ilkin müalicə üçün lazımı köməkliklər edildi. Milli Onkologiya Mərkəzində 5 gün yatdıqdan sonra ikinci müalicəmin davam etdirilməsi üçün evə buraxılmışam.

Milli Onkologiya Mərkəzinin həkimləri müalicə olunaraq yaşamağım üçün maddi vəsaitin olmasını deyirlər. Ancaq 2 (iki) övlad atası olaraq ailə vəziyyətimin ağır olması, müalicə olunmağım üçün lazım olan vəsaiti əldə etməyim mümükün deyil. Hazırda qulluq etdiyim N saylı hərbi hissəsinin yarı qat əmək haqqından başqa gəlir yerim yoxdur. Xəstəliyimlə əlaqədar olaraq qulluq etdiyim N saylı hərbi hissədən yaxın günlərdə məni təxris etdikdən sonra isə müalicəm üçün heç cürə maddi imkan əldə edə bilməyəcəm.

Buna görədə son ümid yerim ölkəmin, dövlətimin Ali Baş Komandanı cənab İlham Əliyev və sizsiniz.

Çox hörmətli Mehriban xanım Əliyeva!

Azərbaycan Milli Ordusunun hərbi qulluqçusu olmaqdan şərəf duyuram və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcəyimizə hər an inanmışam. Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa vətən uğurunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və sizə olan inamım daim ürəyimdədir.

Hörmətli Mehriban Əliyeva sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, 2 övlad atası kimi xahiş edirəm ağır xəstəliyimin müalicəsi üçün mənə kömək edin. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Məhz məndə bir müddət yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram.

Çox hörmətlə: Azərbaycan Silhalı Qüvvələrinin Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol