• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

“İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim” - Qurban Qurbanov

“İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim” - Qurban Qurbanov
24.08.2017 09:59
"Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm”.

Bunu Çempionlar Liqasının "pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi "Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.

O, tarixi nəticəni belə şərh edib: "Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: "Mütləq transfer etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2 oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol