Azərbaycanlı minaya düşərək ölüb
Azərbaycan vətəndaşı Ukraynada dünyasını dəyişib.
anews.az xəbər verir ki, Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.
Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.
Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.
Xatırladaq ki, Bryankovsk rayonu separatçı "Luqansk Xalq Respublikası”nın nəzarətindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər