• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Azərbaycanı təhqir edən rus şərhçidən QALMAQALLI AÇIQLAMA

Azərbaycanı təhqir edən rus şərhçidən QALMAQALLI AÇIQLAMA
24.08.2017 22:12
"Azərbaycanlılara qarşı münasibətim yaxşıdır"i, bunu "Report"un Rusiya bürosuna müsahibəsində Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin deyib.

O, "Kopenhagen" - "Qarabağ" oyununun böyük hissəsini izləyə bildiyini və matçın nəticəsinə sevindiyini qeyd edib: "Həmin vaxt "Sport FM" radiosunun efirində idim, MOİK - "Yanq Boyz" görüşünü şərh edirdik. Hardasa oyunun 25-ci dəqiqəsindən etibarən monitorlardan birinə "Qarabağ"ın oyununu çıxardılar və qolların necə vurulduğunu gördüm. Həmkarımla "Qarabağ"a görə həyəcanlanırdıq. Bunlar səsyazısı kimi qeydə alınıb, istyən internetdə tapıb dinləyə bilər".

Qarabağ haqqında qalmaqala səbəb olan "Twitter" paylaşımı ilə bağlı vəziyyəti şərh edən şərhçi təcrübəsinə əsaslanaraq bəzi Azərbaycan KİV-lərinin fikirləri təhrif etməyə alışdığını deyib: "Mən heç bir ərazi, ölkə, şəhərlə işim yoxdur. İnsanlarla münasibətim var və bu mənada azərbaycanlılara qarşı münasibətim yaxşıdır".

Onun sözlərinə görə, sosial şəbəkələrdə abunəçilərinin sayı çoxdur və buna görə də hər yazılana cavablandıra bilmir: "Kiminsə nəyəsə qəzəblənməsi və ya nədənsə inciməsi vecimə deyil. Kiminsə qəlbinə dəymək, kimisə təhqir etmək niyyətim olmayıb. Kimsə təhqir etdiyimi düşünürsə, qoy məhkəməyə baş vursun. Çünki təhqir hüququ anlayışdır. Belə də ki internet azad məkandır və hər kəsin fikrini bildirmək hüququ var".

Qeyd edək ki, Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib. O, "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra "Twitter"dəki profilində yazıb: "Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat..."

"Qonşu" ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni Utkinin xəstə məntiqinə görə, Azərbaycan "Qarabağ", Türkiyə də "Ağrıdağ"ı "mənimsəyib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol