• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İrəvanı məyus edən Qarabağ açıqlaması

İrəvanı məyus edən Qarabağ açıqlaması
26.08.2017 16:28
İndi ermənilər yalnız rus "İsgəndər”lərinə arxalanır

Görüş nə vaxt nəticə verəcək, yaxud Qarabağ münaqişəsi nə zaman həll olunacaq?

Bildirildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Yada salaq ki, bu il iyul ayında elə Soçidə Putin öz azərbaycanlı həmkarı İlham Əliyevlə görüşmüşdü.

Bu görüşlərdə hər şeydən öncə Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Rusiya Federasiyasının münaqişənin nizamlanmasında iştirakına ətraflı baxılıb. Ekspertlər qeyd edir ki, Rusiya dövlətinin başçısı öz azərbaycanlı və erməni həmkarları ilə təkbətək görüşlərdə predmet xarakterli söhbətlər edib.

Açıq danışaq, əsas problem ondan ibarətdir ki, İlham Əliyev Ermənistanın rəhbərinə tamamilə etibar etmir. Bunu Azərbaycanda yaxşı anlayırlar. Azərbaycan ərazisinin 20 faizini tutmuş və heç kimin tanımaq istəmədiyi Dağlıq Qarabağ Respublikasının yaradılmasını vacibliyinə bütün dünyanı inandırmağa çalışan qonşu ölkənin prezidentinə necə etibar etmək olar? 

Keçən ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin  darmadağın edilməsindən sonra İrəvan siyasətçilərinin səs tonu xeyli dəyişib. Onlar əyani dərs aldılar ki, Azərbaycan ordusu bu gün hesablaşmağın vacib olduğu qüvvədir. Azərbaycana satılan Rusiya silahının əleyhinə qaldırılmış səs-küy tamamilə iflasa uğradı. Bu gün ermənilər yalnız "İsgəndər”lərə arxalanır, onlar da Rusiyanın nəzarəti altındadır.

Amma gəlin danışıqlara qaydıaq. Həm İlham Əliyev, həm Serj Sarkisyan yəqin ki, Putinə etibar edirlər və onun yanına danışıqlara gedirlər. Moskvanın əsas məqsədi ondan ibarətdir ki, tərəflərin barışması üçün mümkün qədər imkanlar tapsın və bu münaqişənin diplomatik müstəviyə keçirilməsinə nail olsun. Əgər bu alınmazsa, Moskvaya bu uzun sürən münaqişənin nizamlanması üçün yeni format axtarmaq lazım gələcək .

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda ikinci erməni dövləti yaradılmayacaq. Bu barədə Moskvada da və əlbəttə, qonşu ölkənin paytaxtında da yaxşı bilirlər. Elə bu yaxınlarda mətbuatda münaqişənin ABŞ-lı həmsədr Riçard Hoqland tərəfindən açıqlanan nizamlanma planı dərc olundu. Orda birbaşa deyilir ki, Azərbaycanın suverenliyini təmin etməyən nizamlanma qeyri-mümkündür. İrəvanda bununla bağlı çox məyusdurlar. Təəssüf ki, Moskvanın rəyini bilmirik. Azərbaycanın mövqeyini isə Xarici İşlər Nazirliyi artıq bildirib və bu, bizim saytda dərc olunub.

Mais Məmmədov, əməkdar jurnalist 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol