Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırdı
ABŞ prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır.
Bunu o, Twitter-də yazıb.
"Biz Meksika ilə, hansı ki, dünyada ən kriminallaşmış millətlərdən biridir, DİVARA malik olmalıyıq", - deyə "Rosbalt” Trampdan sitat gətirib.
ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər