• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Biznes quran gənc azərbaycanlı xanımlar - FOTOLAR

Biznes quran gənc azərbaycanlı xanımlar - FOTOLAR
28.08.2017 10:20
"anews.az" bizplus.az-a istinadən biznes quran gənc azərbaycanlı xanımları təqdim edir.

Nərmin Zeynalzadə
 


Nərminə Zeynalzadə 1994-cü ildə Bakıda anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsində alıb. Qadınlar üçün əl işi alt geyimi istehsal edən Confidence şirkətini təsis edib.

Mənzurə Hacıyeva
 


Mənzər Hacıyeva 1986-cı ildə anadan olub. Nyu-York Universitetini bitirib və ixtisas təhsilini Parsons Dizayn İnstitutunda davam edib. 2012-ci ildə öz brendini yaratmaq qərarına gəlib. Mənzərin təsis etdiyi "Menzer Hajiyeva” brendi art-şərflərin istehsalı ilə məşğuldur.

Bəyaz Məcidova
 


Bəyaz Məcidovanın 23 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Facebookda təsadüfən paylaşdığı dekorasiya işinə görə ona sifarişlər gəlib. Daha sonra səhifə yaradıb və sifarişləri getdikcə artıb. İşini böyütdüyü üçün 22 yaşında fərqli hədiyyələr və dekorasiya işləri görən "Beyaz decoration” şirkətini yaradıb.

Səriyə Əliyeva
 


İxtisasca diş həkimi olan 25 yaşlı Səriyə Əliyeva ixtisası üzrə çalışdığı işindən ayrılaraq 2015-ci ildən tort bişirmə bacarığını biznesə çevirmək qərarına gəlib. Sweet Cakes Baku brendini yaradan Səriyə instagramla gün ərzində onlarla sifariş alır və artıq öz şəxsi şirniyyat evini açmağa hazırlaşır.

Ülkər İsgəndərova
 


Ülkər İsgəndərovanın 24 yaşı var və o, Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsi üzrə təhsil alır. 3 yaşlı qızının adını verdiyi nazli_design online mağazasının qurucusudur. Qısa zaman ərzində yetərincə tanınma ve izləyici rəğbəti qazandığı üçün tezliklə Nazli Decoration Group adlı şirkət yaratmağı və geniş miqyasda fəaliyyət götərməyi planlaşdırır.

Aytən Əliyeva
 


Aytən Əliyeva 1990-cı ildə Bakıda anadan olub. Azərbaycanda Dövlət Pedaqoji Universitetində təhsil alıb. 2014-cü ildə Sürprizim var adlı şəxsi events şirkətini yaradıb. Hal-hazırda həm də Glam Organization və 7 surprise online hədiyyə mağazalarını idarə edir.

Selmi Cənnətova

 


Selmi Cənnətova 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Gömrük işi üzrə ixtisasını bitirib. 2008-ci ildən Dünya Birjası ilə maraqlanır və treyder kimi fəaliyyət göstərir. Eyni zamanda online şəkildə saat ticarəti ilə məşğuldur: Scshop.az

Əsli Musayeva
 


Əsli Musayeva 1996-cı ildə Qazaxda anadan olub. Hal-hazırda Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə təhsil alır. 2016-cı ildə Toxucu brendini yaradıb. "Uşaqlar üçün toxu” layihəsinin idea müəllifidir. Toxucu xanımlarla birgə Azərbaycanda toxuculuğu brendləşdirmək və qadınların əlişlərindən pul qazanmasını aktuallaşdırmaq üçün çalışır.

Nəzrin Ağarzayeva
 


Yerli, sərfəli dizayner geyim brendi naveen.az Nəzrin Ağarzayeva tərəfindən idarə olunur. Özü İT sahəsində təhsil alsa da dizayn və modaya marağı olub. İntern filminə baxdıqdan sonra Naveen şirkətini yaratmaq qərarına gəlib və bir ay ərzində 40-50 sifariş alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Cəmiyyət 00:03
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
Cəmiyyət 23:10
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
İlqar İsmayılov azadlığa buraxılıb
Cəmiyyət 21:00
İlqar İsmayılov azadlığa buraxılıb
Şahin Şıxlinskinin oğlu həbs olunub
Cəmiyyət 20:33
Şahin Şıxlinskinin oğlu həbs olunub
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Cəmiyyət 18:22
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Cəmiyyət 18:11
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Cəmiyyət 17:44
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Cəmiyyət 16:57
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Cəmiyyət 16:24
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol