• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Heydər Əliyev Beynəlxalq Hava Limanında

Heydər Əliyev Beynəlxalq Hava Limanında
29.08.2017 17:20
Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il stabil artmağa davam edir. Təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərib. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatır.

Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu "Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim edib.

Sözügedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.

"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və "Amadeus” şirkətinin yeni biznes layihələr üzrə baş vitse-prezidenti Fransisko Perez-Lozao arasında əməkdaşlıq haqqında müvafiq razılıq əldə olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib.Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb. 

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
İqtisadiyyat 16:11
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
İqtisadiyyat 15:48
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
İqtisadiyyat 15:33
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
İqtisadiyyat 13:05
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol