• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Azərbaycan helikopterləri Gürcüstan səmasında

Azərbaycan helikopterləri Gürcüstan səmasında
30.08.2017 16:00
Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib.

anews.az xəbər verir ki, APA-nın məlumatına görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.

Qeyd edək ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Yanğının 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Ukrayna yanğının aradan qaldırılması üçün An-32P təyyarəsi göndərib. Türkiyənin də Gürcüstana helikopterlər göndərəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. 

Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağa qəsəbəsində bu gün işıq olmayacaq
Cəmiyyət 11:08
Maştağa qəsəbəsində bu gün işıq olmayacaq
Ukrayna “Lukoil”ə məxsus neft-kimya zavoduna dron zərbəsi endirib
Cəmiyyət 10:54
Ukrayna “Lukoil”ə məxsus neft-kimya zavoduna dron zərbəsi endirib
Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Cəmiyyət 10:38
Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb
İki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Cəmiyyət 10:01
İki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Cəmiyyət 09:44
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
İki rayonda işıq olmayacaq
Cəmiyyət 09:28
İki rayonda işıq olmayacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:25
Xəzərdə zəlzələ olub
TƏBİB-in “815” Çağrı Mərkəzinə noyabrda 11,7 min zəng daxil olub
Cəmiyyət 09:11
TƏBİB-in “815” Çağrı Mərkəzinə noyabrda 11,7 min zəng daxil olub
Goranboyda qadın dəm qazından boğulub
Cəmiyyət 09:04
Goranboyda qadın dəm qazından boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol