• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib

Regionlarda elektron xidmətlər barədə məlumatlandırıcı sessiya keçirilib
31.08.2017 16:20
"Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi tədbirdə təşkilatın sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünün tətbiqinə dəstək vermək, region sakinlərini elektron xidmətlər barədə məlumatlandırmaq və onlara elektron xidmətlərə müraciət zamanı yardım göstərməkdir.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri və "Elektron hökumət” portalı ilə bağlı məlumat verib: "Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına "vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda "Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur. İstifadəçilərə "Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi təqdim edilir. Bunlar "E-imza”, "E-Gov” mobil identifikası vasitəsi, "Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod-parol və "Asan imza”dır. "Elektron hökumət” portalı  vasitəsilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Portalda 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

Tədbir "Elektron hökumət" quruculuğu üzrə müzakirələrlə davam edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağa qəsəbəsində bu gün işıq olmayacaq
Cəmiyyət 11:08
Maştağa qəsəbəsində bu gün işıq olmayacaq
Ukrayna “Lukoil”ə məxsus neft-kimya zavoduna dron zərbəsi endirib
Cəmiyyət 10:54
Ukrayna “Lukoil”ə məxsus neft-kimya zavoduna dron zərbəsi endirib
Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Cəmiyyət 10:38
Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb
İki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Cəmiyyət 10:01
İki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Cəmiyyət 09:44
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
İki rayonda işıq olmayacaq
Cəmiyyət 09:28
İki rayonda işıq olmayacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:25
Xəzərdə zəlzələ olub
TƏBİB-in “815” Çağrı Mərkəzinə noyabrda 11,7 min zəng daxil olub
Cəmiyyət 09:11
TƏBİB-in “815” Çağrı Mərkəzinə noyabrda 11,7 min zəng daxil olub
Goranboyda qadın dəm qazından boğulub
Cəmiyyət 09:04
Goranboyda qadın dəm qazından boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol