• $
  • £

Ermənistan: “Rusiyanın alternativi yoxdur”

Ermənistan: “Rusiyanın alternativi yoxdur”
29.05.2020 01:12
Gürcüstanda "Agile Spirit 2017” çoxmillətli təlimlərinin rəsmi açılış mərasimində erməni hərbi qulluqçularının yoxluğu bir stəkan su ətrafında yersiz yaradılmış tufandır. Bunu "Sputnik Ermənistan” radiosunun efirində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Ermənistan dəfələrlə bildirib ki, KTMT-nin alternativi yoxdur. Hətta Ermənistanın silahlı qüvvələri rəsmən təsdiq etmirdilər ki, erməni tərəfi Gürcüstanda NATO-nun sülh təlimlərində iştirak edəcək”, – deyə Şarmazanov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan əsasən NATO-nun o təlimlərində iştirak edir ki, orada Azərbaycanın və Türkiyənin nümayəndələri olmur.

"Təhlükəsizlik planı baxımından Ermənistan öz seçimini çoxdan edib — bu KTMT-dir. Və heç vaxt — nə birinci, nə ikinci, nə də respublikanın indiki prezidentinin vaxtında və ümumiyyətlə 2022-ci ilə qədər, nə qədər ki, Respublika partiyası Ermənistanda hakimiyyətdədir, onun NATO-ya daxil olması məsələsi gündəmdə olmayıb”, – deyə o bildirib.

Vitse-spiker vurğulayıb ki, Yerevan üçün Ermənistanın və erməni xalqının təhlükəsizliyi prioritet məsələdir və təhlükəsizliyin bu strukturunda əsas rolu KTMT oynayır.

Xatırladaq ki, son aylar Ermənistanın NATO ilə hərbi-siyasi əməkdaşlığının kəskin aktivləşməsi müşahidə edilirdi. Və Şimali Atlantik blokunun müxtəlif hərbi təlimlərində erməni hərbi qulluqçularının iştirakı, virtualaz.org-un dəfələrlə yazdığı kimi, Kremldə açıq qıcıq doğururdu. Rusiya hakimiyyəti Ermənistan silahlı qüvvələrinin Şimali Atlantik blokunun bütün son təlimlərində aktiv iştirakına qəzəblə baxırdı. Moskva hətta açıq şəkildə Sarkisyan hökumətinin riyakarlığına və xarici siyasətdə ardıcıl olmamasına işarə etməyə başlamışdı. Xüsusilə də Ermənistan silahlı qüvvələrinin Gürcüstandakı böyük hərbi-qərargah təlimlərinə cəlb edilməsini və təlim vaxtı NATO tanklarının Rusiya və gürcü qoşunlarının təmas xəttinə çox sıx yaxınlaşdığını nəzərə alaraq.

Onu da qeyd edək ki, NATO ilə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlığının aktivləşməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanla üzbəüz, planlaşdırılmamış görüşü oldu. Və Ermənistana, yumşaq desək, hərbi-siyasi ittifaq – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərini xatırlatdılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol