• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Kafesinə "26" adını qoyanın başqa obyektləri üzə çıxdı - FOTOLAR

Kafesinə
09.09.2017 14:47
Dünən Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bağlanıb.

Kafenin bağlanması üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlmişdi. Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olmuşdu.

Ölkə.Az xəbər verir ki, kafeni işlədən professor Ərəstun Qasımovun oğlu Əliyar Qasımovla şəriyi Həmid adlı oğlandır.

Dünən necə oldusa sirli əllər Həmidin adının mətbuatda yayılmasının qarşısını aldı. Aşağıdakı fotoda görünən özəl olaraq hazırlanmış "Mercedes Galendewagen" avtomobillərindən "10-GC-111" dövlət qeydiyyat nişanlı bu bahalı avtomobil də Həmidindir. Digər "90-KK-222" dövlət qeydiyyat nişanlı avtomobilə söykənən şəxs Əliyardır. Həmin avtomobil də özünə məxsusdur.

Əliyarın  "Hollywood Cinema Club"un da sahibi olduğu da üzə çıxıb. Şəbəkə olaraq fəaliyyət göstərən "Hollywood 1" - Mixail Kaveroçkin küç. 13, "Hollywood Gold" - Nəcəf Nərimanov 11, "Hollywood Platinum" – S.Rüstəm 47, "Hollywood Deluxe" – Badamdar yolu 77 ünvanlarında yerləşdir.

Professor oğlu eyni zamanda "Billionaire Lounge" kafe-klubunun da sahibidir. Klubun müştəriləsi əsasən varlı insanlar və modellərdir. 

Qasımovlar ailəsi "Space" telekanalının yanında yerləşən məşhur "Nar Cafe"ni də idarə edir.

Qeyd edək ki, Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları da paylaşmaqdan geri qalmır. Üç uşaq atası olan Ə.Qasımov oğluna atasının adını qoyub.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol