Prezident fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan
Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında
fərman imzalayıb.
"Qaynarinfo" xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Kamil
Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal
siyasət məsələləri sektorunun müdiri
İşçi qrupun üzvləri
Asif Qasımov – Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru
Asim Zülfüqarov – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru
Samir Hümbətov – Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri
Xalid Əhədov – "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Cəlal Qasımov –"Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Nuran Kərimov –"Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru
Bu
Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün İşçi qrup tərəfindən xarici və yerli ekspertlər cəlb edilə bilər.
Fərmanın
2.3-cü bəndində nəzərdə tutulan dövlət orqanları və qurumları
Cəmiyyətin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə
təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına təqdim etsinlər.
www.anews.az
"Qaynarinfo" xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Müəyyən
edilib ki, "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq
Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) sahibkarların müvəkkil
banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin
kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi
şəxsdir, cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən
ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi
həyata keçirən İdarə Heyəti yaradılır, cəmiyyətin Müşahidə Şurası
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi
Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət
Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1
nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar
Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə
formalaşdırılır, Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl
qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1
(bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə
yenidən seçilə bilər.
Cəmiyyətin nizamnaməsinin və strukturunun
təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin
İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan
Respublikasının Prezidentinə həvalə olunub.
Cəmiyyətin Müşahidə
Şurasına bu Fərmanın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyəti
sədrinin təqdimatı əsasında İdarə Heyətinin digər üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi tapşırılıb.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə də bu Fərmanın 3.1-ci və 3.2-ci
bəndlərində qeyd edilənlər, habelə Azərbaycan Respublikası Prezidentinin
müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər
məsələlərin həlli tapşırılıb.
Bu Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:
İşçi qrupun rəhbəri
İşçi qrupun üzvləri
Asif Qasımov – Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar departamentinin direktoru
Asim Zülfüqarov – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru
Samir Hümbətov – Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri
Xalid Əhədov – "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Cəlal Qasımov –"Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Nuran Kərimov –"Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru
Vüqar Əliyev – "KPMG Audit Azərbaycan”Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru.
İşçi qrupuna bir ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:
Cəmiyyətin
nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının
miqdarı barədə təkliflərini, beynəlxalq təcrübə nəzərə alınmaqla
sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi
qaydasının layihəsini, sahibkarlar tərəfindən manatla alınan kreditlərə
hesablanmış faizlərə subsidiya verilməsi halları və qaydasının
layihəsini, risklərin azaldılması məqsədilə kredit reytinq sisteminin
tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti
alətlərinin tətbiqinə dair təkliflərini, cəmiyyətin vəzifələrini həyata
keçirməsi üçün zəruri olan digər normativ hüquqi aktlar, o cümlədən
mövcud normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflərini.
Bu
Fərmanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq hazırlanacaq qaydanın
layihəsində, o cümlədən aşağıdakı məsələlər öz əksini tapsın:
Kredit
təminatı məhsullarından faydalanacaq benefisiarlar (kiçik, orta və ya
iri sahibkarlar, o cümlədən yeni fəaliyyətə başlayan sahibkarlar) və
təminat veriləcək layihələrin iqtisadiyyatın hansı sektoruna aid olması,
təminat veriləcək kreditlərin maksimum dəyəri və müddəti, cəmiyyət,
müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi
mexanizmləri, müvəkkil banklara verilən kredit təminatının maksimum
limiti və bir müvəkkil bank üzrə limitin müəyyənləşdirilməsi
mexanizmləri, cəmiyyət tərəfindən veriləcək təminatın kreditin dəyərinə
münasibətdə maksimum nisbəti, habelə verilmiş təminatın kredit məbləğinə
nisbətinin müəyyənləşdirilməsi mexanizmləri, bir sahibkar üzrə verilən
təminatın yuxarı həddinin müəyyənləşdirilməsi mexanizmləri, cəmiyyət
tərəfindən təminat verilməsinə görə xidmət haqqının müəyyənləşdirilməsi
mexanizmləri.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, cəmiyyətin fəaliyyətinin
təmin edilməsi məqsədilə üç ay müddətində onun müvafiq inzibati bina ilə
təmin olunması üçün tədbirlər görmək, bu Fərmanın 6-cı hissəsində
nəzərdə tutulmuş hallarda İşçi qrupun müraciəti əsasında
maliyyələşdirməni təmin etmək, bu Fərmandan irəli gələn digər məsələləri
həll etmək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər