• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Rafiq Əliyev Paşazadəni ittiham etdi

Rafiq Əliyev Paşazadəni ittiham etdi
16.09.2017 12:00
"İstəyirik ki, "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".
Xəbər verdiyimiz kimi, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib. QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Maraqlıdır, bu dəyişikliyin nəticəsi necə ola bilər?
 
 Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər: "Axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi narazılıqlara səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıra bilər və qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.
 
R.Əliyev qeyd edib ki, bu cür qərarın verilməsinə ehtiyac yox idi: "Düzdür, digər ölkələrdə  "məscidin imamı” ifadəsindən istifadə edilir. Bu artıq onlarda formalaşmış bir şeydir. Lakin bizdə oturuşmuş variant olduğu üçün  bunu dəyişməyə ehtiyac yoxdur. Başqa ölkələrdəki hər şeyi tətbiq etmək lazım deyil. Ola bilər, kimisə təyin edəndə onun əmrində axund sözü yazılsın. Amma insanlar kimini axund, kimini isə imam kimi tanıyır. Bunu dəyişmək mümkün deyil.
 
Axund və imam sözünün anlamlarında böyük  fərq yoxdur. Bunlar hamısı məsciddə məruzə oxuyan adamlardır. Sadəcə "imam” sözü qabaqda durub namaz qılan insan anlamını ifadə edir. "Axund” sözü isə həm namaz qılan, həm də məruzə oxuyan mənasındadır”.
Qeyd edək ki, QMİ sədrinin bu təklifi toplantıda səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub. Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol