• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Sarkisyan BMT tribunasından ifşa edildi – VİDEO

Sarkisyan BMT tribunasından ifşa edildi – VİDEO
21.09.2017 07:58
Ötən gün BMT-nin sessiyasında çıxış etmiş Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi rejimin mahiyyətini ifşa etmişdir. Dünya ölkələri beynəlxalq sülhdən, qlobal problemlərin həllindən bəhs etdiyi bir vaxtda, o öz bəyantları ilə faktiki olaraq beynəlxalq hüquq prinsiplərinə, eləcə də BMT-nin əsasnaməsinə hörmətsizliyini nümayiş etdirib.

Serj Sarkisyanın çıxışının yenə ənənəvi erməni xislətinə uyğun olaraq böhtan və yalan üzərində qurulması deyəsən artıq beynəlxalq ictimaiyyətdə də təccüb doğurmur. Elə bu qurumun özünün qəbul etdiyi 4 qətnaməni həyazsıcasına görməzdən gələn Sarkisyan öz ölkəsinin belə tanımadığı separatçı rejimin vəkili statusunda idi. Siyasi avantüra ilə Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edən Sarkisyan hətta utanmadan Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edirdi. Sarkisyan həm yazıq, məzlum erməni obrazına bürünərək aprel döyüşlərində Azərbaycanın hücumuna məruz qaldıqlarını deyir, həm də qondarma rejimin müstəqilliyini tələb etməklə beynəlxalq hüququ heçə sayan məntiqsiz bəyanatlar verirdi.

Məsələyə manasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Sarkisyanın əsassız ittihamları cavabsız qala bilməzdi. Odur ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutdu. Bu zaman bütün dünya səviyyə fərqinin də şahidi oldu. Prezident İlham Əliyev münaqişənin səbəbinin yaratdığı fəsadları, habelə regional və qlobal təhlükəni tarixi faktlar və təkzibolunmaz sübutlarla əsaslandırdı.

Elman Nəsirov deyir ki, prezidentin BMT Baş assambleyasındakı çıxışı dünya dövlətlərinə də özləri üçün müqayisə və təhlil üçün bir imkan yaratdı. Çünki prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan lokal regional səviyyəni çoxdan aşıb. Azərbaycan kiçik ölkə olsa da beynəlxalq dialoqa, sülhə, terrorizmlə mübarizəyə, multikulturalizm, tolerantlıq kimi dəyərlərin yaşadılmasına öz tövhəsini verən bir ölkədir. Azərbaycan separatizmdən, qonşu dövlətin işğalçı siyasətindən əziyyət çəkən bir ölkə olsa belə, qlobal problemlərə heç vaxt biganə qalmır. Əksinə bütün dünyanın bu cür mənfi tendensiyalarla birgə mübarizəyə səsləyir. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol