• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Sərkisyana meyxana deyən azərbaycanlı - VİDEO

Sərkisyana meyxana deyən azərbaycanlı - VİDEO
26.09.2017 17:42
Rusiyanın Həştərxan vilayətində yaşayan balaca Mehdi Həsənovun ailəsi vilayətdən deportasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Teleqraf.com-un məlumatına görə, ailə Həştərxandakı qeyri-leqal miqrantlar üçün nəzərdə tutulmuş sığınacaqlarda yerləşib. Mehdinin atası Mais Həsənov bildirib ki, ailəyə təzyiqlər oğlunun Ermənistan prezidenti Serj Sərkisyanın ünvanına oxuduğu meyxananın Yutub videohostinqində yerləşdirilməsindən sonra başlayıb. O, Rusiya Federasiyası ərazisində qeyri-qanuni yaşama ittihamı ilə məhkəməyə çağırılıb. Məhkəmə bütün ailənin Rusiyadan Azərbaycana deportasiya edilməsi ilə bağlı tələsik qərar qəbul edib.

Mais Həsənovun sözlərinə görə, bütün bunlar çox təcili qaydada və olduqca sərt şəkildə həyata keçirilib:

"Evdəki pullar yoxa çıxdı, şəxsi əşyaları və xərclik pulumuzu götürməyə belə imkan vermədilər. Bütün ev əşyalarını evdə saxlamalı və evi tərk etməli olduq. Həştərxan vilayəti Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin əməkdaşları məni və hamilə arvadımı məhkəməyə götürdülər, iki azyaşlı övladımız isə baxımsız vəziyyətdə evdə saxlanıldı. Sənədlərə qısamüddətli baxışdan sonra bütün ailənin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərar verildi. Baxmayaraq ki, bizim məhkəmənin qərarından şikayət etməyimiz üçün qanunla 10 gün vaxtımız var”.

Balaca Mehdi özü isə xüsusi sığınacaqdan Azərbaycanın Rusiyadakı səfirliyinə tezliklə azadlığa buraxılmaları və vətənə qaytarılmalarına kömək etmək üçün video-müraciət edib.

Həsənovlar ailəsinin təcili deportasiyası ilə bağlı Həştərxan vilayətinin Axtyubinsk rayonunun Miqrasiya İdarəsinin rəisi Yelena Sidelnikova ilə əlaqə yaratmaq cəhdləri hələlik mümkün olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.
 
 










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol