• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Azercell-dən daha bir yenilik:yeni konsepsiyalı “Azercell Ekslüziv” mağazası abunəçilərin istifadəsinə verildi

Azercell-dən daha bir yenilik:yeni konsepsiyalı “Azercell Ekslüziv” mağazası abunəçilərin istifadəsinə verildi
27.09.2017 13:27
Azercell şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib. 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.

Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu mağazanın Azercell-in uzun illər etibarlı partnyoru olmuş NLT şirkəti ilə qarşılıqlı etibar və peşəkarlıq əsasında qurulmuş sağlam biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz Azercellin özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq NLT şirkəti tərəfindən uğurla idarə olunacaq və hər zaman abunəçilərə yüksək səviyyədə xidmət göstərəcək. Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell-in bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.

Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məslələrdə isə müştərilərimizə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə də digər Müştəri Xidmətlərində təqdim olunan butun əməliyyatlar, izahli qaimə ve addan ada əməliyyatları istisna olmaqla icra olunur. Abunəçilərimiz mobil texnologiyaları

dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət Azercell-in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim də təqdim edib.
 
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
İqtisadiyyat 16:11
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
İqtisadiyyat 15:48
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
İqtisadiyyat 15:33
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
İqtisadiyyat 13:05
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib
İqtisadiyyat 12:10
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib

Bank Respublika Yeni il ərəfəsində uşaqların Şaxta babaya ünvanladıqları arzuları gerçəkləşdirdi
İqtisadiyyat 09:51
Bank Respublika Yeni il ərəfəsində uşaqların Şaxta babaya ünvanladıqları arzuları gerçəkləşdirdi
TAP üzrə Avropaya qaz sifarişləri dekabrın son həftəsində cüzi azalıb
İqtisadiyyat 09:45
TAP üzrə Avropaya qaz sifarişləri dekabrın son həftəsində cüzi azalıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:28
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol