Fransalı aktrisa və yazıçı vəfat etdi

Fransalı aktrisa və yazıçı Ann Vyazemski 70 yaşında vəfat edib.
anews.az Report-a istinadla xəbər verir ki, onun onkoloji xəstəlikdən öldüyü bildirilir.
Vyazemski rejissor Jan-Lük Qodarın keçmiş həyat yoldaşı olub.
Aktrisa Rober Bressonun "Bəxtə-bəxt, Baltazar"”, Qodarın "Çinli qadınla”, həmçinin Paolo Pazolininin "Teorema”, "Donuz damı” kimi filmlərində rol alıb.
Bundan əlavə, Vyazemski "Bir ovuc insan” kitabının da müəllifidir.
www.anews.az
Son xəbərlər
Daha çox 